Rusiya hərbçiləri Dnepropetrovsk vilayətində Ukrayna xüsusi əməliyyat qüvvələrinin və dəniz piyadalarının mövqelərinə hücum edib.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.

"Dnepropetrovsk vilayətinin Qluxoye kəndi ərazisində dəniz birləşmələrinin və xüsusi əməliyyat qüvvələrinin müvəqqəti yerləşdirmə məntəqələri vurulub", - məlumatda deyilir.

Həmçinin fevralın 25-nə olan məlumata görə, Rusiyanın aviasiya, artilleriya və raket qüvvələri Ukrayna yaraqlılarının 97 artilleriya bölməsini darmadağın edib.

Müdafiə Nazirliyi əlavə edib ki, Rusiya hərbçiləri Amerikanın M777 artilleriya sistemini və Polşanın “Krab” özüyeriyən silahını məhv edib.

Bundan əvvəl “İzvestiya” Rusiyanın “Msta-S” qurğusunun Ukrayna Silahlı Qüvvələrinin mövqelərinə necə sarsıdıcı zərbələr vurduğunu göstərib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN