Fevralın 26-da Xocalı faciəsinin 31-ci ildönümünü günündə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid valideynləri, qazilər və ictimaiyyət nümayəndələri Daşkəsən rayon Şəhidlər Xiyabanını ziyarət ediblər, Şəhidlərin məzarlarına tər güllər düzüblər. Daşkəsən RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elmar Əliyev "Təzadlar"a bildirib ki, Rayonun İcra başçısı Əhəd Abıyev tədbirdə çıxış edərək deyib: “Hər il olduğu kimi xalqımız böyük ehtiramla qeyd etdiyi XX əsrin faciəsi – Xocalı soyqırımının anım günü Azərbaycan xalqının milli birliyinin rəmzinə çevrilib. Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Ordumuz 44 günlük Vətən müharibəsində əldə etdiyi Zəfərlə erməni düşmənlərindən bütün şəhidlərimizin, Xocalı soyqırımı qurbanlarının qisası almışdır. Bu gün biz Xocalı faciəsində həlak olmuş həmvətənlərimizin əziz xatirəsini alnıaçıq, başıuca yad edirik. Tezliklə Xocalı sakinləri də öz doğma şəhərlərinə qayıdacaqlar”.
 Anım tədbirində icra başçısı Əhəd Abıyev rayonun şəhid ailələri, Qarabağ müharibəsi qaziləri və veteranlarla görüşüb, həmçinin onların qayğıları ilə maraqlanıb, müraciətlərini dinləyib.    
ELBAR
Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN