Ukrayna müdafiə nazirinin müşaviri Yuri Sak zərurət yaranarsa, ölkədə yeni səfərbərliyin baş verəcəyini istisna etməyib.

"Əhəmiyyətli ehtiyatlarımız var. Biz əsgərlərimizdən top yemi kimi istifadə etmirik, onlardan ətçəkən taktikalarda istifadə etmirik. Bu, bizə xeyli sayda əsgəri xilas etməyə imkan verir. Əlbəttə, lazım gələrsə, biz daha çox insanı səfərbər edirik”, - o, Bloomberg-ə müsahibəsində deyib.

Ötən il fevralın 25-də Ukrayna prezidenti Vladimir Zelenski ümumi səfərbərlik haqqında fərman imzalayıb. Daha sonra Ali Rada öz qüvvəsini dəfələrlə uzadıb, əvvəlki dəfə - 2023-cü il fevralın 19-dək.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN