Xətai rayonu ərazisində yerləşən supermarketlərdən birində baş vermiş silahlı insident nəticəsində bir nəfər ölüb.

Tezadlar.az Daxili İşlər Nazirliyinin saytına istinadla bildirir ki, ölən H.Rüfət Rahib oğlu polis əməkdaşı deyil. Xatırladırıq ki, Xətai rayonu ərazisində yerləşən supermarketlərdən birində baş vermiş silahlı insidentlə bağlı hazırda Baş Prokurorluğun İstintaq idarəsi, Kriminalistika şöbəsi və Xətai rayon prokurorluğunun əməkdaşları hadisə yerindədilər. Bu barədə "Təzadlar"a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, qeyd olunan faktla bağlı prokurorluqda araşdırma aparılır. "İctimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir" - məlumatda vurğulanıb.

Cinayətkarların barəsində axtarış- istintaq hərəkətləri davam edir.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN