Almaniyanın Rheinmetall müdafiə konserni İsveçrənin Ruag şirkətinə ondan Ukraynaya təhvil verilməsi üçün yüzə yaxın “Leopard 1” tankı almaq təklifi ilə müraciət edib.

Bu barədə “Tages-Anzeiger” bildirib.

Qəzetin yazdığına görə, 2016-cı ildə Ruaq İtaliyadan 96 qüsurlu “Leopard 1 A5” tankı alıb. Bildirilir ki, tanklar hələ də istehsal olunduğu Aralıq dənizi ölkəsində yerləşir. İsveçrəlilər zirehli texnikanı ya bütövlükdə, ya da ehtiyat hissələri şəklində satmağı planlaşdırırdılar.

Ruaq Almaniya tərəfinin müraciətinin olduğunu və Rheinmetall-ın Ukrayna ordusunun təchizatı üçün tankları bərpa etmək niyyətində olduğunu təsdiqləyib.

Qeyd olunur ki, İsveçrənin İqtisadiyyat üzrə Dövlət Katibliyi (SECO) sövdələşməni təsdiqləməkdən imtina edib.

Martın 3-də Almaniyadan daha bir silah tələbi ilə bağlı məsələ məlum oldu: almanlar öz ehtiyatlarını artırmaq üçün 96 “Leopard 2” tankı almaq və onları Ukraynaya təhvil verməmək üçün İsveçrəyə müraciət ediblər.

Fevral ayında İsveçrə Senatının komissiyası tank ehtiyatlarını ölkənin müdafiə ehtiyacları üçün - ordunun doldurulması və xidmətdə olan zirehli texnikanın təmiri üçün zəruri olan strateji ehtiyat kimi tanıdı.

Bern daha əvvəl Berlin, Madrid və Kopenhagenin konfederasiyanın neytral statusunu əsas gətirərək və silahlı münaqişələrdə iştirak edən ölkələrə tədarükün qarşısını almaq hüququna işarə edərək, İsveçrə istehsalı olan sursatların Ukraynaya təkrar ixracı imkanlarını rədd etmişdi.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN