"Quş qripi" bu dəfə Yaponiyada aşkarlandı.

 Niiqatadakı fermada “quş qripi” virusu aşkarlanıb. Mütəxəssislərin gəldiyi nəticəyə görə, təsərrüfatdakı 680 min toyuq məhv ediləcək.

 ***

Qeyd edək ki, “Quş qripi” virusu hələ qədim dövrlərdə mövcud olmuşdur. Bu xəstəliyə müxtəlif ölkələrdə bir-birindən fərqli adlar verilib. İtalyan alimi Perronçita 1880-cı ildə ilk dəfə olaraq elmi dildə onu "Toyuq tifi" kimi qələmə alıb. Sonralar Avropada onu "Quş taunu" adlandırıblar. 1901-ci ildə Çentani bu xəstəliyin virus təbiətli olduğunu müəyyənləşdirib. 1955-cİ ildə xəstəliyin törədicisinin A tipinə mənsub influensa olduğu aşkar edilib. Alimlər onu ilk dəfə olaraq 1971-ci ildə "Quş qripi" xəstəliyi adlandırıblar. 

Xəstəliyin yüksək patogenliyi XX əsrin sonlarında özünün Meksikada, Çində biruzə verməyə başlayıb. Onun ilk qorxulu nəticələri 2003-2004-cü illərdə Belçikada, Almaniyada, Honkonqda, Hollandiyada, Cənubi Koreyada, Pakistanda və sonrakı illərdə isə dünyanın bir sıra ölkələrində özünü biruzə verməyə başlayıb. Hal-hazırda yüksək dərəcəli patogen quş qripi bütün dünyada yayılıb. Quşların qrip virusu 500S-də 1 saat, 600S-də 10 dəqiqə, 650S – 700S-də 2-3 dəqiqə ərzində məhv olur. Virus, quş tükündə 18-20 gün, aşağı temperaturda 1-2 ilə qədər qala bilir. 

Quş qripinin mutasiya nəticəsində insandan-insana keçmə ehtimalı olarsa, bəşəriyyətin varlığı üçün ən qorxulu xəstəlik ola biləcəyi söylənilir.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN