Ukrayna Ali Radasına qanun layihəsi təqdim olunub, ona əsasən, sərxoş vəziyyətdə avtomobil idarə edən sürücülərdən avtomobillərin müsadirəsinə başlanılması təklif olunub. Daha sonra nəqliyyat vasitələri ordunun ehtiyaclarına təhvil verilməyə çağırılır.

Tezadlar.az-ın xəbərinə görə, Ukrayna parlamentinin saytında dərc olunan sənəddən belə çıxır ki, qanun layihəsi yol hərəkəti təhlükəsizliyinin yaxşılaşdırılması və qəzaların sayını azaltmaq, həmçinin “Ukrayna silahlı qüvvələrinin avtomobillərlə təmin edilməsində ədalətli yanaşmaya nail olmaq” məqsədi daşıyır.

İl ərzində alkoqol və narkotik vasitələrin sərxoşluğu ilə avtomobili təkrar idarə etməyə görə cərimənin artırılması və nəqliyyat vasitəsinin müsadirəsinin tətbiqi təklif edilir.

Müəlliflər ordunun ehtiyacları üçün avtomobillərin seçilməsi təşəbbüsünü ölkədəki mövcud şəraitdə “tamamilə ədalətli” adlandırıblar.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN