İndoneziya sahillərində 5,4 bal gücündə zəlzələ baş verib.
Tezadlar.az xəbər verir ki, çərşənbə günü İndoneziya sahillərində 5,4 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Təbii fəlakətin episentri 33,3 min insanın yaşadığı Tondano şəhərindən 173 km cənubda yerləşib. Mənbə 60 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi olmayıb.
E.ŞİRİNOV