Ukrayna hakimiyyəti bu ay Almaniya və Portuqaliyadan 21 “Leopard 2A6” tankı alacaq.
Tezadlar.az xəbər verir ki, bu barədə çərşənbə günü İsveçdə Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib.
Onun sözlərini DPA agentliyi sitat gətirib.
“Mən indicə öyrəndim ki, 18 alman “Leopard-2A6” tankı və üç Portuqaliya tankı bu ay eyni vaxtda Ukraynaya çatdırıla bilər”, - Pistorius bildirib.
Daha əvvəl o, birinci rübün sonuna qədər tankların göndərilməsi planlarından danışmışdı.
E.ŞİRİNOV