Ukrayna prezidenti Vladimir Zelenski deyib ki, Kiyev Rusiya ərazilərinə zərbələr endirmək üçün Qərb silahlarından istifadə etməyəcək.

Tezadlar.az xəbər verir ki, o, bu barədə CNN telekanalına müsahibəsində bildirib.

“Mən dəfələrlə demişəm ki, bizi Rusiya torpağı maraqlandırmır”, - deyə Zelenski vurğulayıb. Bundan əlavə, Ukrayna lideri yenidən Moskva ilə danışıqları qeyri-mümkün adlandırıb. Zelenski rusiyalı həmkarı Vladimir Putinə etimadının olmadığını, çünki sözünün üstündə durmadığını izah edib.

Ukrayna rəhbəri münaqişənin davam edəcəyi təqdirdə üçüncü dünya müharibəsinin başlanmasına da icazə verib. Onun fikrincə, diplomatik həll yalnız Rusiya qüvvələrini geri çəkdikdə mümkündür.

Bundan əvvəl Zelenski sülhün bərpası və hərbi əməliyyatların dayandırılması üçün Krımın Ukraynaya qaytarılmasını şərt adlandırıb. “Bu, bizim torpağımızdır. Bizim xalq. Bizim tariximiz”, - deyə prezident bildirib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN