Primorsk diyarının Artyom şəhəri yaxınlığındakı İK-20 koloniya-qəsəbəsindən qətldə təqsirli bilinən şəxs qaçıb.

Tezadlar.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin regional Baş İdarəsindən verilən məlumata görə, axtarışlara başlanılıb.

Söhbət 1981-ci il təvəllüdlü Vladimir İvçenkodan gedir.

"Rusiya Daxili İşlər Nazirliyinin Artyom şəhəri üzrə departamentinin şəxsi heyəti vətəndaş İvçenkonun axtarışına və saxlanılmasına yönəlib. Fövqəladə polis dəstələrinə fərari əlamətləri olan oriyentasiyalar göndərilib", - məlumatda deyilir.

İvçenkonun harada olması barədə məlumatı olanlardan şəxsən və ya telefonla yaxınlıqdakı polis idarələrinə müraciət etmələri xahiş olunur.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN