Mütəxəssislər Zaporojye AES-in beşinci və altıncı enerji bloklarını soyuq söndürmə rejiminə keçiriblər.

Tezadlar.az xəbər verir ki, bu məlumatı stansiyanın mətbuat xidməti yayıb.

Müvafiq yazı bu gün ZAES-in Telegram kanalında yayımlanıb. Bu, ümumilikdə dörd enerji blokunun hazırda soyuq söndürmə rejimində olduğunu göstərir.

"Hazırda Zaporojye AES-in birinci və üçüncü blokları təmir olunur, 2, 4, 5 və 6 nömrəli bloklar soyuq ehtiyata keçirilib. Avadanlıq radiasiya təhlükəsizliyi standartlarına ciddi nəzarət edilməklə bütün lazımi qaydalara uyğun saxlanılır”, - məlumatda deyilir.

Bundan əvvəl məlum olub ki, Ukrayna stansiyanı elektrik enerjisi ilə təmin etməyi tamamilə dayandırıb. Bundan sonra heç bir təhlükəsizlik pozuntusu qeydə alınmayıb.

Xatırladaq ki, fevral ayında Zaporojye AES Ukrayna Silahlı Qüvvələrinin atəşindən qorumalı olan strukturların tikintisi üzrə işləri başa çatdırdığı bildirilmişdi. Rosenergoatom konserninin baş direktorunun müşaviri Renat Karçaa bildirib ki, strukturlar təhlükəsizlik yastığına çevrilməli və nüvə tullantıları anbarını atəşə tutma zamanı qorumalıdır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN