20 illik kadrlara baxıldı və göz qabağında olanlar üzə çıxdı

Yeni araşdırmaya görə, son 20 ildə həm quraqlıq, həm də daşqınlar artıb, çünki qlobal temperatur rekord səviyyəyə yüksəlib. Araşdırmaya görə; İqlim böhranı sürətləndikcə bu cür fəlakətlər də artacaq.

NASA alimlərinin apardığı yeni araşdırma, getdikcə daha tez-tez, geniş yayılmış və intensiv olan quraqlıq və daşqınların iqlim böhranı ilə əlaqəli olduğunu ortaya çıxarıb. Araşdırmada iqlim böhranı sürətləndikcə bu cür fəlakətlərin artacağı bildirilib.

Tədqiqatın aparıcı müəllifi Metyu Rodell NASA-nın 2002-ci ildən 2021-ci ilə qədər olan 20 illik peyk məlumatlarına baxaraq, Yer kürəsində su ilə bağlı ekstremal hadisələrin ölçüsünü, müddətini və şiddətini təhlil edib.

Bu çərçivədə 505 ekstremal yağış hadisəsi və 551 ekstremal quraqlıq hadisəsi araşdırılıb ki, bunların təxminən 70 faizi altı ay və ya daha az, təxminən 10 faizi isə bir ildən çox davam edib.

Alimlər 2015-ci ildə rekord temperatur tendensiyası başlayandan bu ekstremal hadisələrin intensivliyi və tezliyinin artdığını aşkar ediblər.

"Biz bunun qlobal istiləşmə ilə əlaqəli ola biləcəyini düşündük, çünki bilirik ki, son 7 ildə ən yüksək temperatur qeydə alınıb", - Rodell deyib. “Bu hadisələrin dünya miqyasında tezliyi ilə daha yüksək temperatur arasında əhəmiyyətli korrelyasiya var idi”, - o deyib.

Araşdırmada bu qənaətin doğruluğunu təmin etmək üçün təhlillər etdiklərini ifadə edən Rodell, təhlillər nəticəsində iqlim böhranının təsirlərinin digər təbii göstəricilərdən daha güclü olduğunu təsbit etdiklərini söyləyib.

Rodell araşdırmanın insanlara qlobal temperaturun hər kiçik artımının vacib olduğunu və dünyanı istiləşdirən çirklənmənin artmasının qarşısını almaq lazım olduğunu başa düşməyə kömək edəcəyinə ümid etdiyini söyləyib.

Qeyd edək ki, araşdırmanın təfərrüatları “Nature Water” jurnalında dərc olunub.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN