İraqın Kərkük Yol və Körpü Şöbə Müdiri Kasım Həmzə, güçlü yağışın səbəb olduğu sel nəticəsində Kərkük-Bağdad avtomobil yolunu birləşdirən Dakuk körpüsünün bir hissəsinin çökdüyünü bildirib.

Kasım Həmzə sözügedən marşrutda çoxlu körpü olsa da, Dakuk rayonunda yerləşən və bir kilometr uzunluğu ilə ölkənin ən uzun körpüsü olan Dakuk körpüsü bölgə nəqliyyatı baxımından önəmli əhəmiyyət daşıyır deyib. İkitərəfli körpünün 23 ayaq üzərində salındığını ifadə edən Həmzə, son iki gündür davam edən leysan yağışlar nəticəsində su səviyyəsinin qalxdığını və nəticədə 5 ayağının dağıldığını, körpünün bir hissəsinin çökdüyünü bildirib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN