"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC "Azərişıq" İB-ni məhkəməyə verib.

Məhkəmə işi istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə qaldırılıb.

İşə Ali Məhkəmədə baxılır. İddia hakim Bəhman Qəribovun sədrliyi ilə araşdırılacaq.

***

Qeyd edək ki, bir neçə ay öncə “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyasi” ASC-yə gömrük qaydaları əleyhinə olan (malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmaması, yaxud həmin əraziyə qaytarılmaması) inzibati xəta protokolu tərtib olunub.

İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsinə görə  Aparılması və ya qaytarılması məcburi olan əvvəllər gətirilmiş və ya aparılmış mallar və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmamasına və ya bu əraziyə qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan mallar və ya nəqliyyat vasitələri müsadirə edilir, yaxud vətəndaşlar həmin malların və ya nəqliyyat vasitələrinin dəyərinin yetmiş faizindən yüz faizinədək məbləğdə cərimə edilir, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər həmin malların və ya nəqliyyat vasitələrinin dəyərinin yetmiş faizindən yüz faizinədək məbləğdə cərimə edilir və ya Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılır.

Həmçinin Azərbaycan Mərkəzi Bankı da 24 yanvar 2023-ci il tarixdə  tikinti şirkətini “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC barəsində cərimə protokolu tərtib edib Nərimanov Rayon Məhkəməsinə göndərib. Şirkət barəsində cərimə protokolu İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə bağlıdır.

Bu maddə İXM-də valyuta tənzimi qaydaları pozulmasına görədir. Belə ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.

Adətən bu şirkətlər xaricdəki partnyor şirkətin bank hesabına pul köçürdükdə bu cərimə baş verir. 

Göründüyü kimi, şirkətin başı uzun müddətdir məhkəmə çəkişmələrinə qarışıb...

P.S. Xatırladaq ki, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti 2005-ci ildə təsis edilib.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN