Rusiya prezidenti Vladimir Putin prokurorları maaş və sosial müavinətlərin ödənilməsinə ciddi nəzarət etməyə çağırıb.
Tezadlar.az xəbər verir ki, bu gün dövlət başçısı Rusiya Federasiyası Baş Prokurorluğunun kollegiyasında çıxış edib.
Prezident prokurorları ödənişlərin gecikdirilməsi, uşaqların hüquqlarının pozulması və kimsəsiz uşaqların mənzillə təmin olunması məsələlərinə dərhal reaksiya verməyə çağırıb.
"Sosial ödənişlərin verilməsində gecikmə faktları var idi, kəskin həssas problemlər heç də hər yerdə düzgün həll olunmur. Sizdən belə qəbuledilməz hallara dərhal reaksiya verməyinizi xahiş edirəm", - Putin bildirib.
Prezident qeyd edib ki, rusiyalıların əmək və sosial hüquqlarının təmin edilməsi məsələləri prokurorluğun xüsusi nəzarəti altında qalmalıdır. Putin xatırladıb ki, dövlət məşğulluğun təşviqi üçün genişmiqyaslı proqramlar həyata keçirir, 2023-cü ilin əvvəlində görülən tədbirlər sayəsində Rusiyada işsizlik səviyyəsi 3,6 faizə enib. Dövlət başçısı qeyd edib ki, bu, son onilliklərin ən aşağı göstəricisidir.
E.ŞİRİNOV