Litva Parlamenti Ukraynada fəaliyyət göstərən Rusiyanın “Vaqner” qrupunu “terror təşkilatı” kimi tanıyan qətnamə qəbul etdiyini açıqlayıb.

Qərarda ''Vaqner''in təcavüzkar Rusiya ilə birlikdə hərbi əməliyyatlarda fəal iştirak etdiyi, Ukraynada "terrorçuluğa bərabər" sayıla biləcək hərəkətlər etdiyi iddia olunub.

Qərarda, həmçinin Rusiya prezidenti Vladimir Putinə yaxınlığı ilə tanınan iş adamı Yevgeni Priqojin tərəfindən qurulan və Avropa İttifaqı ilə Amerika Birləşmiş Ştatları tərəfindən sanksiyalar siyahısına salınan ''Vaqner''in  ''Rusiyanın kölgədəki gücü'' olduğu bildirilib.

Bundan əlavə, qərarda “terror təşkilatı” olaraq təyin olunan qrupun Mərkəzi Afrika Respublikası, Sudan və Mali kimi ölkələrdə də fəaliyyət göstərdiyi və ABŞ Maliyyə Nazirliyi tərəfindən “transmilli cinayət təşkilatı” kimi müəyyən edildiyi qeyd olunub.
Digər ölkələrə də ''Vaqner''i “terror təşkilatı” kimi tanımaları ilə əlaqədar çağırış edilib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN