Ankara Finlandiyanın NATO-ya üzv olmaq ərizəsini təsdiqləməyə hazırdır.
Tezadlar.az xəbər verir ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan jurnalistlərə bu barədə bildirib. Dövlət başçısı qərarını martın 16-da Finlandiya prezidentinə açıqlayacağı gözlənilir. O, son hökmü öyrənmək üçün şəxsən Türkiyəyə gələcək.
"Gəlin ən yaxşısına ümid edək. Biz öz töhfəmizi verəcəyik. Cümə günü Finlandiya prezidenti ilə görüşəcəyik və Türkiyə vədini yerinə yetirəcək", - Ərdoğan bildirib.
Bundan əlavə, Türkiyə təyyarənin qalıqlarını çıxarmaq üçün Qara dənizdə qəzaya uğrayan pilotsuz uçan aparatın yerini müəyyən etməkdə ABŞ-a kömək edə bilər.
Türkiyə Müdafiə Nazirliyinin məlumatına görə, Ankara hazırda Bosfor və Çanaqqala boğazlarını Amerika hərbi gəmilərinin pilotsuz təyyarənin qəzaya uğradığı yerə keçə bilməsi üçün açmağa dəyərmi, onu müzakirə edir. Bu məsələ ilə bağlı yekun qərar hələ verilməyib. Türkiyə hökuməti yalnız bu vəziyyətdən sülh yolu ilə çıxmağın tərəfdarı olduqlarını vurğulayıb.
Xatırladaq ki, Stokholm və Helsinki NATO-ya üzv olmaq üçün 2022-ci ilin yayında müraciət etmişdi. O vaxtdan bəri bloka üzv olan 30 ölkədən 28-i Şimali Avropa dövlətlərinin qəbulu haqqında müqavilələri ratifikasiya edib. İstisnalar Macarıstan və Türkiyə idi, onlar bütün şərtlər siyahısını irəli sürdülər, İsveç və Finlandiya bəzilərini yerinə yetirməkdən imtina etdi.
E.ŞİRİNOV