Türkiyənin daxili işlər naziri Süleyman Soylu bu gün bildirib ki, Türkiyənin cənub-şərqində sel nəticəsində ölənlərin sayı 15-ə çatıb.

O, TRT telekanalının efirində "Adıyamanda 2 nəfər, Şanlıurfada 13 nəfər sel nəticəsində həyatını itirib. İtkin düşən 5 nəfərin tapılması üçün axtarış-xilasetmə işləri davam edir" deyib. Daha əvvəl 14 nəfərin öldüyü bildirilirdi.

Güclü yağıntılar (hər kvadrat metrə təxminən 200 mm) səbəbindən əyalətlərdə yüzlərlə evi su basıb, körpülər və qismən yollar dağılıb. Ətrafa getməyin yeganə yolu qayıqladır. Yerli əhali təhlükəsiz ərazilərə köçürülüb. Xilasetmə işlərinə ordu hissələri və Fövqəladə Hallar Departamentinin qüvvələri cəlb olunub.

Meteoroloqların proqnozlarına görə, Adıyaman və Şanlıurfa vilayətlərində yağan yağışlar iki gün davam edəcək və bu səbəbdən yeni sel və daşqınlar istisna edilmir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN