Özbəkistan prezidenti Şavkat Mirziyoyev ötən gün Ankarada Türkiyənin vitse-prezidenti Fuat Aktayı "Dostluq" ordeni ilə təltif edib.

Özbəkistan prezidentinin mətbuat xidmətinin məlumatına görə, bu mükafat iki ölkə arasında çoxşaxəli və qarşılıqlı faydalı əlaqələrin inkişafına verdiyi töhfəyə görə verilib.

Şavkat Mirziyoyev Türk Dövlətləri Təşkilatının bu gün keçirilən fövqəladə sammitində iştirak etmək üçün Ankaraya gedib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdə Özbəkistan rəhbəri ötən ay bu ölkənin cənub-şərq əyalətlərində baş vermiş dağıdıcı zəlzələlərin nəticələri ilə bağlı başsağlığı verib.

Şavkat Mirziyoyev zərər çəkmiş əyalətlərin bərpası və yeni infrastrukturun qurulması üzrə tədbirləri dəstəklədiyini bildirib.

Rəcəb Tayyib Ərdoğan təbii fəlakətin nəticələrinin aradan qaldırılmasında göstərdiyi köməyə, xilasetmə işlərində fəal iştirakına və zərərçəkənlərə humanitar yardım göstərdiyinə görə Özbəkistan Prezidentinə və xalqına minnətdarlığını bildirib.

Xatırladaq ki, bu gün Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının Fövqəladə Zirvə görüşü keçirilir.

Azərbaycan Prezidenti İlham Əliyev də bu görüşdə iştirak etmək üçün Ankaraya gəlib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 15-də Ankarada Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub.

Ərdoğan Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının Fövqəladə Zirvə görüşünün Türkiyədə keçirilməsi təşəbbüsünün Azərbaycan Prezidentinə aid olduğunu açıqlayıb və bu təşəbbüsə görə İlham Əliyevə  təşəkkürünü bildirib.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN