Rusiya ərazisi üzərindən uça bilməyən ABŞ aviaşirkətləri Ağ Ev və Konqresin tələbi ilə xarici rəqiblərinə belə uçuşları qadağan etmək istəyiblər. Bu barədə The New York Times xəbər verir.

Beləliklə, qütb marşrutlarının itirilməsi səbəbindən Amerika şirkətləri trans-Sakit okean uçuşlarının planlarını dəyişdi, sərnişinlərin və yüklərin sayını azaltdı, həmçinin Mumbay, Tokio, Seul və digər şəhərlərə planlaşdırılan ondan çox marşrutun açılmasını təxirə saldı. Nəticədə, ABŞ aviadaşıyıcıları itkilərə məruz qalır, çünki Rusiya ərazisindən uçmaq imkanı olan xarici rəqiblər sərnişinləri daha sürətli və daha ucuz qiymətə daşıyırlar ki, bu da Amerika tərəfinin fikrincə, onlara “ədalətsiz üstünlük” verir.

ABŞ aviaşirkətləri Ağ Evdən və Konqresdən xarici daşıyıcılara özlərinə tətbiq etdikləri məhdudiyyətləri tətbiq etməyi xahiş edir, “onları faktiki olaraq amerikalı rəqibləri ilə eyni marşrutlarda uçmağa məcbur edir”. Xüsusilə Amerika Hava Yolları şirkətinin sözçüsü Marley Collier bildirib ki, xarici şirkətlərin təyyarələri ABŞ hava limanlarından havaya qalxmamalı, enməməli və tranzit keçməməlidir.

Nəşr təklifin ABŞ Nəqliyyat Nazirliyinin dəstəyini aldığını irəli sürüb. Belə ki, ABŞ-a sərnişin daşıyan Çin aviaşirkətlərinə Rusiya ərazisindən uçmağı qadağan edən sərəncam layihəsi hazırlanıb. Hazırda sənəd nəzərdən keçirilir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN