Rusiyanın hüquq-mühafizə orqanları politoloq Abbas Qallyamovu (Rusiya Federasiyasında xarici agent kimi tanınan) cinayət maddəsi ilə axtarışa verib.
Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin axtarış bazası məlumat yayıb.
“30 may 1972-ci il təvəllüdlü Qallyamov Abbas Radikoviç Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə axtarışa verilib”, - idarənin məlumat bazasında hansı maddənin olması göstərilmir.
A.Qallyamov 2008-2010-cu illərdə Rusiyanın baş naziri Vladimir Putinin çıxışçısı olub. Daha sonra dörd il Rüstəm Xamitovun rəhbərliyi altında Başqırdıstan rəhbərinin administrasiyası rəhbərinin müavini vəzifəsində çalışıb.
2023-cü il fevralın 17-də Rusiya Federasiyasının Ədliyyə Nazirliyi Qallyamovu xarici agentlərin reyestrinə daxil edib.
E.ŞİRİNOV