İsraildə davam edən ümumi tətil səbəbi ilə İsrailin dünyanın bir sıra ölkələri ilə yanaşı Gürcüstandakı səfirliyi də fəaliyyətini dayandırıb.

Tezadlar.az Azadlıq Radiosu-na istinadla xəbər verir ki, bu barədə səfirliyin “Facebook” hesabında paylaşım edilib. Qeyd olunub ki, İsrailin Histadrut həmkarlar ittifaqının elan etdiyi ümumi tətillə əlaqədar İsrailin Tbilisidəki səfirliyi bu gündən növbəti xəbərdarlığa qədər fəaliyyətini dayandırır. Tətil dövründə konsulluq xidmətlərinin göstərilməyəcəyi vurğulanıb. Qeyd edək ki, İsrailin ən böyük həmkarlar ittifaqı Histadrut bütün dövlət qulluqçularına, o cümlədən diplomatik nümayəndəliklərə tətil elan etməyi tapşırıb. Bu çağırış İsrailin xaricdəki bütün səfirlik, konsulluq və təmsilçiklərinə də aiddir.

Bütün hallarda siyasi ekspertlər səfirliyin tezliklə fəaliyyətini bərpa edəcəyinə inanırlar. Bu barədə sosial mediada məlumatlar paylaşılmaqdadır.

XƏYYAM

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN