Baxmut istiqamətində Ukrayna Hərbi Hava Qüvvələrinin zenit atıcıları işğalçıların Su-24M bombardmançı təyyarəsini vurdular.
Tezadlar.az Ukrayna Hərbi Hava Qüvvələrinin mətbuat xidmətinə istinadla bildirir ki, "Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin zenit-raket qoşunlarının bölmələri Rusiyanın Su-24M bombardmançı təyyarəsini məhv edib.",-deyə xəbərdə qeyd olunur. Hərbi Hava Qüvvələri bunun martın 29-da saat 01:30-da baş verdiyini dəqiqləşdirib. İndiyədək isə Rusiyanın 306 təyyarəsini məhv edilib.
Müharibə isə davam edir. Baxmut uğrunda döyüşlərdə hər iki tərəfin itkiləri var.
A.Məmmədli