Omska Qazaxıstan hərbi texnikasının göndərilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan xəbərlər reallığa uyğun gəlmir.

Tezadlar.az xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb.

Agentliyin izahatı bu gün qeyri-dəqiq məlumatlarla mübarizə məqsədilə Qazaxıstan İnformasiya və Sosial İnkişaf Nazirliyinin dəstəyi ilə yaradılmış “Stop Fake” portalında dərc edilib. Portalın məlumatına görə, sosial şəbəkələrdə daşınan hərbi texnikanın əks olunduğu video yayılıb. Başlıqda deyilib ki, Omska gedir və kadrlar Pavlodar yaxınlığında çəkilib.

"Sosial şəbəkələrdə guya Qazaxıstan hərbi texnikasının Rusiyaya göndərilməsi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil. Bu videoda planlı təmir üçün mərkəzi rayondan ölkənin şərq bölgəsinə texnikanın hərəkəti əks olunub. Xatırladırıq ki, avqustun 27-də, 2022-ci ildə Qazaxıstan silah və hərbi texnikanın ixracına qadağa qoyub. Bununla əlaqədar olaraq, vətəndaşlardan sosial şəbəkələrdə yayılan şayiələrə reaksiya verməmələrini və yalnız rəsmi məlumat mənbələrinə etibar etmələrini xahiş edirik”, - nazirlikdən bildirilib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN