İsrailin Baş naziri Binyamin Netanyahu cümə günü Təl-Əvivdə törədilən terror aktından sonra hərbi polisin bütün ehtiyatda olan şəxsi heyətinin və əlavə ordu qüvvələrinin səfərbər edilməsi barədə göstəriş verib.

TEZADLAR.AZ xəbər verir ki, Netanyahu həmçinin vətəndaşları təhlükəsizlik xidmətlərinin göstərişlərinə əməl etməyə çağırıb.

 “İsrailin Baş naziri Binyamin Netanyahu İsrail polisinə MAGAV-ın ehtiyatda olan şəxsi heyətinin (hərbi polis), İsrail Müdafiə Qüvvələrinin əlavə qüvvələrinin səfərbər edilməsi barədə göstəriş verib”, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, ötən gecə Təl-Əvivdə terror aktı nəticəsində 1 nəfər ölüb, 6-sı yaralanıb.

Bu barədə İsrail Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Polis bildirib ki, adı açıqlanmayan şəxs Təl-Əviv sahilində avtomobilini piyadaların üzərinə sürüb.

O, artıq zərərsizləşdirilib.

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN