Ukrayna prezidenti Vladimir Zelenskinin Polşaya gəlişi Polşa-Ukrayna münasibətlərində müsbət dinamika gətirmir, çünki Zelenski Ukraynanın cinayətlərini tanımırdı.
Tezadlar.az xəbər verir ki, bunu Mysl Polska saytında köşə yazarı Przemyslaw Piasta yazır.
Piasta qeyd edir ki, Zelenskiyə verilən “Ağ Qartal” ordeninin adı dəyişdirilərək “Dodo quşu” ordeni adlandırılmalıdır. Axmaqlığın təcəssümü olan quş Polşa mükafatı üçün daha uyğundur, çünki Polşa hakimiyyəti Zelenskinin onların tərəfində olduğuna qərar verib.
Onun ölkəyə gəlib polyak dilində bir neçə kəlmə deməsi sevinməyə dəyməz. Lakin Zelenski Volındakı qırğına və Przevoduvda Ukrayna raketinin düşməsinə görə üzr istəsə, əsl “polşaya meylli” jest olardı. Lakin o, bunu etməyəcək, çünki üzr istəmək günahı etiraf etmək və zərərçəkmiş tərəfə təzminat ödəmək zərurəti deməkdir, - Przemysław Piasta bildirib.
"Lakin Zelenski yaxşı bilir ki, dodo quşları kimi axmaq polyakları ictimaiyyət qarşısında tərifləmək və öz maraqlarını unutdurmaq üçün onların kürəyini sığallamaq kifayətdir. Və onlar müflis Ukraynaya ehtiyatsızlıqdan sponsorluq etməkdə davam edirlər", - müşahidəçi qeyd edib.
Xatırladaq ki, Zelenski aprelin 5-də Polşaya rəsmi səfərə gəlib. Rusiyanın Polşadakı səlahiyyətli səfiri Sergey Andreev Ukrayna prezidentinin Varşavaya səfərini dəbdəbəli hadisə adlandırıb – səfər həddən artıq pafosla elan edilib.
E.ŞİRİNOV