Türkiyə parlamenti qaz qovşağının fəaliyyəti ilə bağlı ilk qanunvericilik qərarlarını qəbul edib.
Tezadlar.az xəbər verir ki, bunu CNN Türk-ə müsahibəsində Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz deyib.
O bildirib ki, söhbət neft-qaz şirkətlərinin işini sadələşdirəcək həllərdən gedir. “Qaz ticarət mərkəzinin açılışı ilə qiymətlər də aşağı düşəcək ki, bu da Avropa üçün vacibdir. Türkiyə qazın istinad qiymətini müəyyən edən bazarlardan birinə çevriləcək”, - deyə rəsmi əlavə edib.
Dönməz qeyd edib ki, Ankara ildə 100 milyard kubmetr qaz ala bilər ki, bunun da 40 milyard kubmetrini Türkiyə başqa dövlətlərə sata bilər. Nazir həmçinin bildirib ki, türk şirkətləri xaricdən olan tərəfdaşlarla fəal şəkildə müqavilələr bağlayır. Xüsusilə, Azərbaycanın SOCAR yerli neft-qaz şirkəti “Botaş”ın ən böyük investorlarından biridir.
Bundan əvvəl Yanacaq-Energetika Kompleksinin İqtisadiyyatı Mərkəzi bəyan etmişdi ki, bu qovşaq Avropa İttifaqı ilə Rusiya arasında qaz münasibətlərini siyasətdən sala bilər.
2022-ci ilin sonunda “Qazprom”un rəhbəri Aleksey Miller Türkiyədə qaz qovşağı layihəsinin icrasına başlanıldığını açıqladı. “Şimal axını”ndakı təxribatdan sonra bu obyektin tikintisi Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə baş tutub.
E.ŞİRİNOV