ABŞ Ədliyyə Nazirliyi sosial şəbəkələrdə yayıldığı iddia edilən Ukrayna və Çinlə bağlı məxfi sənədlərin sızması ilə bağlı araşdırmaya başlayıb.
Tezadlar.az xəbər verir ki, bu barədə The Washington Post (WP) yazıb.
"Departament Pentaqonla əlaqə saxladığını və araşdırmaya başladığını bildirdi", - nəşr yazır.
Qəzetin jurnalistləri fevralın sonu - martın əvvəlinə aid məxfi materialların surətləri ola biləcək və dünyadakı vəziyyətlə bağlı kəşfiyyat brifinqləri və Ukraynanın,eləcədə Çin və digər ölkələrin müdafiə qabiliyyətinin qiymətləndirilməsi ilə bağlı onlarla sənədi tədqiq ediblər.
Nəşrin hərbi mənbəsinin bildirdiyinə görə, materialların çoxu qışda ABŞ-ın Birləşmiş Qərargah rəisi Mark Milley və digər yüksək rütbəli Pentaqonun rəsmiləri üçün hazırlanıb, halbuki kifayət qədər səlahiyyətə malik olan bir çox ABŞ hərbçilərinin onlara çıxışı olub.
İlk dəfə olaraq aprelin 7-də Pentaqondan Ukraynadakı münaqişə ilə bağlı məxfi sənədlər sızdırılıb. Martın əvvəlinə aid sızdırılmış fayllarda ABŞ və NATO-nun Ukrayna ordusunu gücləndirmək planları haqqında da məlumatlar var.
Aprelin 8-də şəbəkədə daha yüzə yaxın Amerika məxfi məlumatının göründüyü məlum olub. Bunlar Ukraynaya, Amerikanın Yaxın Şərqdəki milli təhlükəsizlik məsələlərinə və Çinə aiddir. Bunun sızan məlumatların ikinci partiyası olduğu iddia edilib.
“The War Zone” yazıb ki, Rusiya kəşfiyyatı bu yaxınlarda Pentaqonun sızması səbəbindən Ukrayna Silahlı Qüvvələrinin vəziyyəti və Baş Qərargahın niyyətləri barədə çoxlu məlumat əldə edə bilər.
E.ŞİRİNOV