2022-ci il fevralın 24-dən Çexiya polisi Ukraynada keçirilən xüsusi hərbi əməliyyatda (XHƏ) Rusiyaya dəstək verməklə bağlı vətəndaşlara qarşı 100-ə yaxın cinayət işi açıb.

Tezadlar.az xəbər verir ki, bu barədə “Irozhlas.cz” portalı yazır.

Qəzet respublika polisinin mətbuat katibi Ondrey Moravçikdən sitat gətirib: “Biz 95 cinayət işi açdıq. Bu hallarda biz cinayətin törədildiyini bilirik”.

Qeyd olunur ki, 67 iş üzrə Rusiya Federasiyasının Ukraynadakı hərəkətlərini dəstəkləyən vətəndaşlara qarşı ittiham irəli sürülüb.

Aprelin əvvəlində Çexiya Rusiya və Çini “milli təhlükəsizliyə təhdid” kimi tanımaq istəyirdi.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN