ABŞ-ın Ukraynadakı səfirliyində az sayda Amerika xüsusi təyinatlıları var.
Tezadlar.az Fox News-ə istinadən xəbər verir ki, bu məlumatı Ağ Evin sözçüsü Con Kirbi təsdiqləyib.
Kirbi bildirib ki, o, Ukraynadakı ABŞ hərbçilərinin dəqiq sayını deyə bilməsə də, onların fəaliyyətinin təfərrüatlarını açıqlayıb.
“Onlar Ukraynaya və Ukraynadan nə təchiz olunduğunu nəzərə almaq üçün hərbi attaşe ilə işləyirlər”, - o izah edib.
Daha əvvəl “The Guardian” Pentaqonun sızdırılmış sənədlərinə istinadən Ukraynada NATO ölkələrindən olan 100-ə yaxın xüsusi təyinatlının olduğunu yazmışdı. Ukraynanın müdafiə naziri Oleksiy Reznikov bu məlumatı təkzib edib, lakin qeyd edib ki, hər səfirlikdə silahlı qüvvələrin rəsmi nümayəndəsi var.
Qeyd edək ki, aprelin 7-də Ukrayna münaqişəsi ilə bağlı Pentaqonun məxfi sənədlərinin sızması ilə bağlı məlum olub. Sənədlərdə ABŞ və NATO-nun Ukrayna Silahlı Qüvvələrinin gücləndirilməsi planları və Ukrayna ordusunun vəziyyəti barədə məlumatlar yer alıb.
E.ŞİRİNOV