Rusiyanın xalq artisti Liya Axedjakova Ukrayna Silahlı Qüvvələrinə sponsorluq etməsi ilə bağlı mətbuatda yayılan xəbərlərə cavab verib. O vurğulayıb ki, vəkillər ona bu mövzuda açıqlama verməyi qadağan ediblər.
Tezadlar.az xəbər verir ki, bu barədə “RİA Novosti” yazır.
“Vəkil məhkəmədən əvvəl mənə nəsə deməyi qadağan etdi. Məndə hər şey yaxşıdır", - sənətçi deyib.
Qeyd edək ki, bundan əvvəl mediada və Telegram kanallarında Axedjakovanın Ukrayna Silahlı Qüvvələrinə mümkün sponsorluq etməsi ilə bağlı yazılar dərc olunub.
Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə üzrə Federal Layihənin rəhbəri Vitali Borodin bu xəbərlərə diqqət çəkərək, mətbuatda dərc olunan məlumatların yoxlanılması xahişi ilə Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnova müraciət edib.
Bu fakt təsdiqlənərsə, məmur Baş Prokurordan sənətçinin Rusiya Federasiyası Cinayət Məcəlləsinin 275, 280 və 282-ci maddələri ilə məsuliyyətə cəlb olunmasını xahiş edib.
Bundan əvvəl məlumat verilmişdi ki, təhlükəsizlik qüvvələri Moskva sakinini Ukrayna Silahlı Qüvvələrini maliyyələşdirmək formasında dövlətə xəyanətə görə saxlayıb.
E.ŞİRİNOV