Birləşmiş Ştatlar və müttəfiqləri Əfqanıstandakı çətin vəziyyətə görə məsuliyyəti öz üzərinə götürməli, sanksiyaları ləğv etməli və xaricdə saxlanılan aktivləri ölkəyə qaytarmalıdır.
Tezadlar.az-ın məlumatına görə, bu, İran, Rusiya, Çin və Pakistan xarici işlər nazirlərinin Səmərqənd görüşündən sonra birgə bəyanatında səsləndirilib.
Onlar həmçinin Əfqanıstanda və onun ətrafında ABŞ və müttəfiqlərinin hərbi bazalarının bərpasına qarşı çıxıblar. Onların fikrincə, bu, regionda sülh və sabitliyə zərər verəcək.
Xatırladaq ki, bu gün- aprelin 13-də Rusiya, Çin, İran, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistanın xarici işlər nazirlərinin iştirakı ilə Səmərqənddə Əfqanıstanın qonşu dövlətlərinin nazirlər konfransı keçirilir. Tərəflər siyasi nizamlanmanın təşviqi, ölkədə humanitar və sosial-iqtisadi vəziyyətin sabitləşdirilməsi, habelə regional iqtisadi inteqrasiyanın daha da inkişaf etdirilməsi və Kabilin iştirakı ilə nəqliyyat və enerji layihələrinin həyata keçirilməsi istiqamətində addımları müzakirə edirlər.
E.ŞİRİNOV