Sankt-Peterburqun Kalininski rayonunda məktəbə pnevmatik tapança gətirən şagird sinif yoldaşlarına atəş açıb.

Tezadlar.az xəbər verir ki, bu barədə "Fontanka" öz mənbələrinə istinadən yazır.

Nəşrin məlumatına görə, hadisə günorta saatlarında baş verib. 16 yaşlı şagird əvvəlcə məktəbin qarşısındakı küçədə, sonra isə binada bir neçə dəfə atəş açıb. Atəş açanın sinif yoldaşları yüngül xəsarət alıblar.

Ümumilikdə, ilkin məlumata görə, 4 nəfər xəsarət alıb.

Məktəbdə müstəntiqlər, polislər və həkimlər çalışır. Yeniyetmə özü deyib ki, zarafat üçün güllələyib.

Xatırladaq ki, 2021-ci il mayın 11-də 19 yaşlı İlnaz Qalyaviyev Kazanda 175 saylı gimnaziyada atəş açmış, nəticədə 7-si uşaq olmaqla 9 nəfər həlak olmuş, 20-dən çox insan yaralanmışdı. Mətbuatda yayılan məlumata görə, o, həbs olunduqdan sonra məktəbə hər kəsə nifrət etdiyi üçün hücum etdiyini və hər kəsin onun tanrı olduğunu bilməsini istədiyini deyib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN