Yermak-Makfol qrupu tərəfindən hazırlanmış və ofisin saytında dərc edilmiş sənədə əsasən, Ukrayna prezidenti Vladimir Zelenskinin ofisi Ukrayna üçün ödəniş müqabilində ruslara Aİ vizalarının verilməsini təklif edib.
Tezadlar.az xəbər verir ki, Ukrayna Prezidenti Aparatının rəhbəri Andriy Yermak və ABŞ-ın Rusiyadakı keçmiş səfiri Maykl Makfolun adını daşıyan ekspertlər qrupu Ukraynada xüsusi əməliyyat başlayandan sonra Rusiyaya qarşı sanksiyalar siyasəti ilə bağlı tövsiyələr hazırlayır.
Qrupun ekspertləri, xüsusən, bir sıra Avropa ölkələrində turist vizalarına tətbiq edilən qadağaya əlavələr etməyi, Avropanı gəzmək istəyən ruslar üçün “Ukraynanın bərpası üçün rüsum” tətbiq etməyi təklif ediblər.
"Onda ruslar seçim edə biləcəklər: əlavə rüsum ödəyib Romaya gedin, ya da ödəməyib Minskə tətilə gedin", - təşəbbüs müəllifləri bildiriblər.
Yermak-Makfol qrupu həmçinin Rusiya neftinin qiymətinin bir barel üçün 45 dollara endirilməsini, Rusiyanın bütün neft və qaz şirkətlərinə, on Rusiya bankına, ALROSA və digərlərinə sanksiya tətbiq etməyi, həmçinin “min nəfərə şəxsi məhdudiyyətlər qoymağı təklif edir”.
Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Rusiya partiyalarına və Rusiya Mərkəzi Seçki Komissiyasına qarşı sanksiyalar tətbiq edib.
E.ŞİRİNOV