Şərqi Qüdsdə anım günü tədbiri zamanı İsrail Müdafiə Qüvvələrindən (İMQ) sursat oğurlayan iki təmizlikçi həbs edilib.
Tezadlar.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” (JP) məlumat yayıb.
İsrail polisinin məlumatına görə, İMQ əsgəri mərasimin keçirildiyi "Arsenal təpəsi" milli memorialının ərazisindəki avadanlıq anbarında səs-küy eşidib. Oradan bir adam bir neçə dolu sursatı olan çanta ilə çıxıb.
Hadisə yerinə gələn polis şübhəli şəxsi həbs edib. Şüafət qaçqın düşərgəsinin sakini, təmizlikçi imiş. İstintaq cinayətdə daha bir mümkün şəriki müəyyən edib, o da istintaq zamanı həbs edilib.
E.ŞİRİNOV