Kiyevi nüvə silahından imtina etməyə məcbur edən Vaşinqton və bir sıra Qərb dövlətlərinin siyasəti Ukraynada hazırkı münaqişəyə gətirib çıxarıb.

Tezadlar.az xəbər verir ki, bunu sosial şəbəkələrdəki səhifələrində Ukrayna prezidenti Vladimir Zelenskinin aparat rəhbərinin müşaviri Mixail Podolyak deyib.

“Təəssüf ki, Birləşmiş Ştatlar bir sıra Qərb ölkələri ilə birlikdə regionda zəmanətli təhlükəsizlik və sabitliyi təmin etmək üçün Ukraynanı nüvə və digər silahlardan imtina etməyə sövq edib”, - Podolyak yazıb.

Zelenskinin ofisinin rəhbərinin müşaviri hesab edir ki, yalnız Ukraynanın NATO-ya daxil olması guya “Avropada sülhü təmin etməyin yeganə mümkün yoludur”.

1994-cü ilə qədər Ukrayna SSRİ-nin dağılmasından sonra əldə edilmiş nüvə silahına sahib idi. Bununla belə, Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə qoşulduqdan sonra ölkənin təhlükəsizliyinin təminatı kimi xidmət edən Budapeşt Memorandumuna uyğun olaraq, bu cür silahlardan imtina edib.

2022-ci ilin fevralında prezident Vladimir Zelenski Münhen Konfransında memorandum iştirakçıları arasında danışıqlara başlamaq planlarını açıqladı və xəbərdarlıq edib ki, danışıqlar aparılmasa və ya Kiyev nəticədə təhlükəsizlik zəmanəti almasa, Ukrayna 1994-cü il paket qərarlarına şübhə ilə yanaşacaq.

2022-ci ilin iyununda polşalı deputat Radoslav Sikorski Qərbi Ukraynaya nüvə silahı “hədiyyə etməyə” çağırıb ki, guya “müstəqilliyini Rusiyadan müdafiə edə bilsin”.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN