Simferopol şəhərinin Kiyev Rayon Məhkəməsi Krımda hərbi-dəniz xəstəxanasında terror aktı hazırlayan Rusiya vətəndaşını iki ay müddətinə həbs edib.

Tezadlar.az bildirir ki, bu barədə FTX-nin Krım Respublikası və Sevastopol şəhəri üzrə departamentinin mətbuat xidmətindən məlumat verilib.

“Kiyev Rayon Məhkəməsi iki ay müddətinə həbs-qətimkan tədbiri seçib”, - mənbə bildirib.

Bir müddət əvvəl Rusiya FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi Rusiya vətəndaşının Simferopolda Rusiya Müdafiə Nazirliyinin Hərbi Dəniz Kliniki Hospitalında terror aktına hazırlaşdığına görə saxlanıldığını bildirmişdi. Axtarış zamanı ondan üzərində mismar şəklində vurucu elementləri olan əldəqayırma partlayıcı qurğu, habelə əldəqayırma yandırıcı partlayıcı götürülüb. Saxlanılan şəxs Rusiya Federasiyası Cinayət Məcəlləsinin 222.1-ci maddəsində nəzərdə tutulmuş cinayətlərdə ittiham olunur ("Terror aktının törədilməsinə hazırlıq, partlayıcı maddələrin və partlayıcı qurğuların qanunsuz saxlanması").

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN