Yaponiya hökuməti öz ərazisində hər hansı nüvə silahının yerləşdirilməsi məsələsini nəzərdən keçirmək və hətta müzakirə etmək niyyətində deyil.
Tezadlar.az xəbər verir ki, bu barədə cümə günü Yaponiyanın xarici işlər naziri Yosimasa Hayaşi növbəti mətbuat konfransında bildirib.
"Nüvə silahına birgə sahiblik üç qeyri-nüvə prinsipi nöqteyi-nəzərindən qəbuledilməzdir. Hökumət bu mövzunu müzakirə etmək fikrində deyil", - o, jurnalistlərin hökumətin mümkünlüyü ilə bağlı mövqeyini təsdiqləmək üçün sorğusunu cavablandırarkən deyib. Bu mövzu Seula səfəri zamanı ABŞ-ın nüvə silahlarını Koreya yarımadasında yerləşdirməyəcəyini vurğulayan ABŞ prezidenti Co Baydenin bəyanatı fonunda Hayaşi tərəfindən mətbuat konfransında qaldırılıb.
Tokio ardıcıl olaraq üç qeyri-nüvə prinsipi siyasətinə sadiqdir: öz ərazisinə nüvə silahına malik olmamaq, istehsal etməmək və idxal etməmək. Son illərdə bu üç prinsipə əməl etməyə davam etmək niyyəti Yaponiya hökumətlərinin bütün başçıları, o cümlədən hazırkı Baş nazir Fumio Kişida tərəfindən dəfələrlə vurğulanıb.
E.ŞİRİNOV