Moldova ordusu Avropa İttifaqından (Aİ) yardım paketi olaraq 40 milyon avro alacaq.
Tezadlar.az RİA Novosti-yə istinadən xəbər verir ki, müvafiq qətnamə Aİ-nin Xarici Əlaqələr Şurasında qəbul edilib.
“Yardım milli hava məkanına nəzarət potensialının inkişafına, nəqliyyat imkanlarının, eləcə də Milli Ordunun maddi-texniki və kommunikasiya imkanlarının inkişafına yönəldiləcək”, - deyə respublikanın Müdafiə Nazirliyi bildirib.
Onu da qeyd ediblər ki, pul Avropa Fondu vasitəsilə təmin olunacaq. Hesabatda o da bildirilir ki, 2021 və 2022-ci illərdə Aİ Moldovaya 47 milyon avro göndərib və bu vəsait ölkə ordusunun gücləndirilməsinə xərclənib.
Bundan əvvəl Moldovanın baş naziri Dorin Recean bildirmişdi ki, ölkə hakimiyyəti Rusiya prezidenti Vladimir Putinin ölkəyə girişindən imtina edəcək. Kremlin sözçüsü Dmitri Peskov buna reaksiya verərək, Moldova rəhbərliyinin ölkəni Rusiyaya qarşı düşmənçilik etməyə çalışdığına işarə edib.
E.ŞİRİNOV