Türkiyə prezidenti halı pisləşdikdən sonra ilk dəfə kütləvi tədbirə çıxıb.
Tezadlar.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, şənbə günü Ərdoğan İstanbulda keçirilən Teknofest aerokosmik texnologiya festivalında iştirak edib.
Festival keçmiş Atatürk Hava Limanının ərazisində keçirilib. Orada döyüş təyyarələri və helikopterlər, PUA-lar təqdim olunub, aviaşou göstərilib.
Ərdoğan festivalın səhnəsinə Azərbaycan prezidenti və Liviya Milli Birlik Hökumətinin baş naziri ilə birlikdə çıxıb. Siyasətçiləri həyat yoldaşları müşayiət edib.
Respublika Prezidenti tədbirə Türkiyənin TOGG elektromobili ilə gəlib.
Xatırladaq ki, çərşənbə axşamı Ərdoğan Türkiyə televiziyasında canlı çıxış edib. Prezident qəfil xəstələnib, veriliş kəsilib. Ərdoğan daha sonra mədə qripinə yoluxduğunu açıqlayıb. Sosial şəbəkələrdə onun infarkt keçirməsi ilə bağlı xəbərlər yayılıb.
E.ŞİRİNOV