Rusiya Silahlı Qüvvələri (SQ) raket hücumu nəticəsində Donetsk Xalq Respublikasında (DXR) 200-dən çox ukraynalı əsgəri məhv edib.

Tezadlar.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-leytenant İqor Konaşenkov məlumat verib.

Zərbənin Konstantinovka kəndində Ukrayna Silahlı Qüvvələrinin 24-cü mexanikləşdirilmiş briqadasının (USQ) və Ukrayna Silahlı Qüvvələrinin xüsusi əməliyyat qüvvələrinin bir dəstəsinin müvəqqəti dislokasiya nöqtələrinə endirildiyi vurğulanır.

Məlumata görə, daha 280-ə yaxın ukraynalı əsgər müxtəlif dərəcəli xəsarətlərlə təxliyə edilib.

Daha əvvəl Müdafiə Nazirliyi məlumat vermişdi ki, Donetsk istiqamətində hücum dəstələri Artemovsk (Ukrayna adı - Baxmut) şəhərinin qərb hissəsində düşməni sıxışdırmaqda davam edir və dörd məhəlləni ələ keçirib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN