Ölkədə döyüşlər davam edərsə, 800 mindən çox insan Sudanı tərk edə bilər. BMT hesab edir ki, bu, regionda növbəti genişmiqyaslı qaçqın böhranına səbəb olacaq.
Tezadlar.az bu barədə “The Washington Post” qəzetinə istinadən xəbər verir.
“Reuters” agentliyinin təşkilat nümayəndələrinin sözlərinə istinadən verdiyi məlumata görə, artıq 100 mindən çox qaçqın münaqişədən qaçaraq Sudandan qonşu ölkələrə köçüb.
Miqrasiya böhranı Sudanın qonşuları üçün dərhal təhlükə yaradır, WP yazır: söhbət ilk növbədə Misir və Çaddan gedir.
Sudanda aprel ayında ordu ilə əvvəllər hökumətin nəzarətində olan paramiliter təşkilat olan Çevik Qüvvələri arasında qarşıdurmalar başlayıb. Səbəb ordunun baş komandanı ilə Suveren Şuranın rəhbəri (hakimiyyətin tranziti üçün 2019-cu ildə müvəqqəti formalaşan ali orqan) Əbdülfəttah əl-Burhan və onun müavini Məhəmməd Həmdan Daklu (Həmidti) arasında fikir ayrılığı olub.
K.ŞİRİNOV