Gürcüstan Respublikasının Qardabani rayonunda qızını zorla öz qonşusu ilə evləndirməyə cəhd edən ata saxlanılıb.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Məlumata əsasən, ata qızını qonşusu ilə zorla evləndirməzdən əvvəl ona fiziki təzyiq göstərib. Toy günü isə hər kəsin restoranda olduğu bir vaxtda, gəlin hadisənin təfərrüatlarını rəfiqəsinə danışıb və o, hadisə yerinə polis çağırıb. Gəlin toydan sığınacağa, ata isə istintaq təcridxanasına aparılıb. Bildirilir ki, bundan sonra toy uğursuz alınıb və restorana gələn qonaqlar toydan getməyə məcbur olublar. Qeyd olunub ki, 50 yaşlarında olan ata 19 yaşlı qızını döymək və zorla ərə vermək ittihamı ilə cəzaçəkmə müəssisəsindədir. Təqsirləndirilən şəxsin maraqlarının müdafiəçisi isə ata tərəfindən heç bir zorakılığın olmadığını deyib.