Rusiya, Türkiyə, Suriya və İran nümayəndələrinin görüşü mayın 10-da baş tuta bilər.
Tezadlar.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
Diplomat bildirib ki, görüşün Moskvada keçirilməsi planlaşdırılır. Lakin o, danışıqların hansı səviyyədə aparılacağını dəqiqləşdirməyib.
Bundan əvvəl Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri taxıl sövdələşməsinə münasibət bildirib. Onun fikrincə, bu məsələdə problem Rusiyanın tələblərinə əməl edilməməsindədir. O, tərəflərin razılaşmanın uzadılması üçün səylərini davam etdirdiyini vurğulayıb.
Aprelin 25-də Rusiyanın müdafiə naziri Sergey Şoyqu Moskvada iranlı, türkiyəli və suriyalı həmkarları ilə görüşüb. Danışıqlar zamanı Suriyada terror təhdidlərinə qarşı mübarizə və ekstremist qruplarla mübarizə məsələsi müzakirə olunub.
E.ŞİRİNOV