Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu respublikanın Ermənistandan üçüncü ölkələrə uçuşlar üçün hava məkanını bağladığını bildirib.
Tezadlar.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Nazirin sözlərinə görə, qərar İrəvanda “Nemesis” əməliyyatı iştirakçılarına abidə ucaldılandan sonra qəbul edilib. Çavuşoğlu bu cür hərəkətləri qəbuledilməz adlandırıb.
Xatırladaq ki, Ermənistan aviaşirkətləri bir neçə gün əvvəl tranzitlə bağlı problemlər barədə məlumat verməyə başlayıblar. Onlar qeyd ediblər ki, Ankara uçuş qadağası ilə bağlı əvvəllər xəbərdarlıq etməyib.
Aprelin 25-də erməni əhalisinin soyqırımının təşkilatçılarına qarşı “qisas aktı” törədən “Nemesis” əməliyyatı qəhrəmanlarının abidəsinin açılışı olub. Üzərində “Daşnaksütyun” Erməni İnqilabi Federasiyası üzvlərinin adlarının həkk olunduğu stela Alek Manukyan küçəsində quraşdırılıb.
E.ŞİRİNOV