Qırğızıstan prezidenti Sadır Japarov Kremlə pilotsuz təyyarələrin hücumuna baxmayaraq, Rusiyaya səfər edəcək.

Tezadlar.az bildirir ki, bu barədə Qırğızıstan liderinin mətbuat katibi Erbol Sultanbayev məlumat verib.

“Parlamentskaya qazeta” yazıb ki, daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov mayın 9-u ərəfəsində gələcək və bayram tədbirlərində iştirak edəcək Japarovun səfərini elan edib.

“Prezidentin beynəlxalq tədbirlərinin qrafiki dəyişməyib”, - deyə Sultanbayev bildirib.

Qeyd edək ki, çərşənbə günü iki Ukrayna pilotsuz təyyarəsi Kremlə hücum etməyə cəhd edib. Dövlət başçısının mətbuat xidməti pilotsuz təyyarələrin elektron döyüş sistemləri ilə sıradan çıxmasına aydınlıq gətirib. Daha sonra Peskov dəqiqləşdirib ki, zərbə cəhdi zamanı prezident Vladimir Putin Kremldə deyil, Novo-Oqaryovodakı iqamətgahında olub. O, həmçinin, öz növbəsində, Qələbə Paradının planlarında dəyişikliklərin olmadığını təsdiqləyib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN