Finlandiyanın Aland adalarında yerləşən Mariehamn şəhərinin polisi Rusiya konsulluğuna hücumla bağlı ilkin araşdırmaya başlayıb.

Tezadlar.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Hücum nəticəsində poçt qutusunun zədələndiyi, pəncərə şüşəsinin sındığı dəqiqləşdirilir. Polis həmçinin bildirib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları vandalizmdə əli ola biləcək şəxslər barədə məlumatlara malikdirlər.

Xatırladaq ki, Rusiya konsulluğunun ərazisində insident aprelin 30-dan mayın 1-nə keçən gecə baş verib. Diplomatik nümayəndəliyin binasına maddi ziyan dəyib və müdaxilə edənlərin hərəkətləri “Rusiya nümayəndəliyinin əməkdaşlarının həyatı və sağlamlığı üçün birbaşa təhlükə yaradıb”.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN