Stavropol ölkəsinin Nevinnomıssk şəhərinin rəhbərliyi 9 may - Qələbə gününü qeyd etmələrini ləğv etmək qərarına gəlib.

Səlahiyyətli şəxslər şəhərdə keçirilməli olan şənliklərə qadağanın səbəbini sakinlərin təhlükəsizliyi ilə izah ediblər.

Belə ki, Nevinnomıssk şəhərinin meri Mixail Minenkov təhlükəsizlik baxımından qələbə bayramı münasibətilə kütləvi şənliklərin ləğv edildiyini açıqlayıb.

O, Telegram kanalında qeyd edib ki, builki bayram rəqslər, parad, mitinqlər, konsertlər və atəşfəşanlıqsız keçiriləcək. Şəhər rəhbəri əlavə edib ki, 9 Mayın fərdi şəkildə qeyd olunması vətəndaşların təhlükəsizliyi ilə bağlıdır.

Lakin Minenkov bəzi tədbirlərin ləğv edilmədiyini, mayın 8-dək Nevinnomısskda “Qələbə Günü”nə həsr olunmuş bir sıra idman və gənclər tədbirlərinin keçiriləcəyini də diqqətə çatdırıb.

Xatırladaq ki, ötən gün pilotsuz uçuş təyyarələri ilə Kremlə hücum olub. Kremlin mətbuat xidməti bildirib ki, Ukraynaya məxsus pilotsuz təyyarələr Rusiya prezidenti Vladimir Putinin Kreml iqamətgahına “zərbə vurmağa cəhd edib”. Kreml hücumu “planlaşdırılmış terror aktı” və “Rusiya prezidentinin həyatına qəsd” adlandırıb.

Lakin Ukrayna  Prezidenti Volodimir Zelenskinin sözçüsü Sergey Nikiforov isə bildirib ki, Ukraynanın gecə vaxtı Kremlə edilmiş dron hücumları haqqında məlumatsızdır.

ABŞ-ın dövlət katibi Entoni Blinken isə Kremlin iddialarına bu cür münasibət bildirib: "Mən Kremldən gələn hər şeyi çox ehtiyatla qəbul edirəm, amma  Ukraynanın da Rusiyadan özünü qoruması üçün hansı qərarları qəbul edəcəyi Ukraynadan asılıdır”...

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN