Almaniyanın daxili işlər naziri Nensi Feser Avropa Birliyində sığınacaq almaq üçün prosedurların sərtləşdirilməsinə çağırıb.

Tezadlar.az xəbər verir ki, o, bu barədə “Handelsblatt” qəzetinə deyib.

Onun fikrincə, miqrasiya siyasəti daha çox qaçqınların sayının məhdudlaşdırılmasına yönəldilməlidir, ona görə də sığınacaq sistemində islahatlar aparılmalıdır.

Daha əvvəl bildirilmişdi ki, Avropa İttifaqı 2025-ci ilə qədər 50 min qaçqını qəbul etmək üçün 500 milyon avro ayırmaq niyyətindədir. Bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Leyen İtaliyanın baş naziri Corc Meloniyə məktubunda yazıb.

Fon der Leyenin sözlərinə görə, miqrasiya siyasəti ilə bağlı məsələlər Aİ-nin martın sonunda keçiriləcək növbəti sammitində müzakirə olunacaq.

Fon der Leyen əlavə edib ki, Avropa İttifaqında miqrasiya problemi kəskindir və hər hansı radikal həll yolu tapmaq asan deyil.

“Rzeczpospolita” qəzeti isə Polşanın Ukraynadan olan qaçqınlara əsassız olaraq 500 min dollar ödədiyini və onları geri qaytarmaq istədiyini yazıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN